Ərdoğan Putinlə Ukraynadakı müharibəni müzakirə edəcək

erdogan-putinle-ukraynadaki-muharibeni-muzakire-edecek
Oxunma sayı: 1265

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərinin 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan ikitərəfli danışıqlar çərçivəsində əvvəlcə Belarus Prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Prezident Ərdoğanın Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq.