Ərdoğan Quterreşlə Qəzzanı müzakirə etdi

erdogan-quterresle-qezzani-muzakire-etdi
Oxunma sayı: 1112

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza gündəliyi ilə bağlı sabah keçiriləcək iclası öncəsi BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, danışıq zamanı humanitar böhranın həlli təklifləri və davamlı sülh üçün səylər müzakirə edilib.

Prezident Ərdoğan Qəzza hücumlarında həyatını itirən 100-dən çox BMT əməkdaşına görə Quterreşə başsağlığı verib.

O, həmçinin Quterreşin Rəfah Sərhəd Qapısına şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətinin bu məqama yönəldilməsi baxımından faydalı olduğunu bildirib.