Ərdoğan Sərvərə mükafatını təqdim etdi

erdogan-servere-mukafatini-teqdim-etdi
Oxunma sayı: 17834

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirliyə mükafatını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Azərbaycandakı Səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” sosial şəbəkə hesabında paylaşıb.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, - paylaşımda qeyd olunub.