Ərdoğan Tokayevlə yenidən stolüstü tennis oynadı - Video+Fotolar

erdogan-tokayevle-yeniden-stolustu-tennis-oynadi
Oxunma sayı: 5380

Qazaxıstanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə stolüstü tennis oynayıb.

“Qafqazinfo” xəbər verir ki, həmin anların görüntüləri Erdoğan Digital Media hesabından paylaşılıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana gedib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mayın 10-u Türkiyəyə rəsmi səfəri zamanı da liderlər stolüstü tennis oynamışdı.