Ərdoğan uşaqlara pul payladı - Video

erdogan-usaqlara-pul-payladi
Oxunma sayı: 4889

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Üsküdar bölgəsindəki Saffet Cebi orta məktəbində səs verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki,  səsvermə zamanı maraqlı anlar yaşanıb.

Belə ki, Ərdoğan məktəbin dəhlizində vətəndaşlarla söhbət edib. Daha sonra o, ölkədə bu gün qeyd olunan Analar Günü münasibətilə bayram xərcliyi olaraq cibindən pul çıxararaq ətrafdakı uşaqlara verib. Prezidentin azyaşlıların hər birinə 200 türk lirəsi verdiyi bildirilir.