Ərdoğanın andiçmə mərasimi bu vaxt keçiriləcək

erdoganin-andicme-merasimi-bu-vaxt-kecirilecek
Oxunma sayı: 5930

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin tarixi məlum olub. 

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim iyunun 3-də keçiriləcək.

Həmin gün kabinet üzvlərinin andı gözlənilir və yeni hökumət işə başlayacaq.

Qeyd edək ki, mayın 28-də keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib. Mərkəzi Seçki Komissiyası da səsvermənin yekun nəticələrini açıqlayacaq.