Ərdoğanın mühafizəçiləri qəzaya düşdü - Ölən və yaralananlar var

erdoganin-muhafizecileri-qezaya-dusdu
Oxunma sayı: 10658

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşları Şırnak şəhərində yol qəzası keçirib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzada 1 polis əməkdaşı ölüb, 2-si polis olmaqla 3 nəfər yaralanıb.

Prezident Ərdoğan Mardində bugünkü çıxışı zamanı hadisə ilə bağlı da danışıb:

“Şırnakda qəza keçirən polis məmurumuz Fırat Dereyə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.