İllər sonra eyni filmdə rol alacaqlar

iller-sonra-eyni-filmde-rol-alacaqlar
Oxunma sayı: 578

Türkiyəli aktrisa Beren Saat və aktyor Ekin Koç illər sonra eyni layihədə bir araya gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.

“Tüm yorgun atlar” adlı filmdə həyat yoldaşını itirmiş teatr aktyoru ilə oğurluq edərək dolanmağa çalışan kişinin hekayəsindən bəhs olunur.

Qeyd edək ki, B.Saat və E.Koç 2015-ci ildə yayımlanan “Muhteşem Yüz Yıl - Kösem” serialında rol alıblar. Onlar layihədə Kösem Sultanla Sultan I Ahmet obrazlarını canlandırıblar.