Ərdoğanın oğlu Bakıdadır - Fotolar

erdoganin-oglu-bakidadir
Oxunma sayı: 16264

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfər edib.

Bu barədə “Qafqazinfo”ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, B.Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

O, liseydə 27 Sentyabr -  Anım Günü münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak edib. B.Ərdoğan İlahiyyat İnstitutunda isə təhsil müəssisəsinin rektoru Aqil Şirinov ilə görüş keçirib.