“Ərdoğanın qələbəsinə inanıram” - Sinan Oğan

erdoganin-qelebesine-inaniram
Oxunma sayı: 2226

“Rəcəb Tayyib Ərdoğanın qələbəsinə inandığım üçün buradayam”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan “CNN Türk”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, prezident seçkilərinin II turunda Ərdoğan qalib gəlməlidir: “CHP lideri Kamal Kılıçdaroğlunun qalib gəlməli olduğuna inansaydım, orada olardım. Məni heç kim satın ala bilməz. Mən inandığım istiqamət üzrə hərəkət edirəm. İnanmasaydım burada olmazdım”.

Oğan, həmçinin Ərdoğanın seçkilərdə 53% və daha çox səs toplayacağını hesab etdiyini vurğulayıb.