Ərdoğanın səhhəti ilə bağlı rəsmi açıqlama

erdoganin-sehheti-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 14139

“Bəzi sosial media hesablarında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını bildiririk”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı ölkənin Kommunikasiya Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil. Məqsədli və əsassız iddialara inanmayın. Bunun məqsədi ictimaiyyəti manipulyasiya etməkdir".