14:11
Qazaxıstanın paytaxtı Astanada Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş başlayıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, görüş mətbuata qapalı şəkildə keçirilir.
Liderlərin görüş zamanı Rusiya-Ukrayna müharibəsi, eləcə də taxıl dəhlizi və Suriya məsələlərini müzakirə edəcəyi gözlənilir.
***
15:35
Türkiyə mediası Ərdoğan və Putin arasında görüşün başa çatdığını açıqlayıb. Danışıqlar 1,5 saat davam edib.
Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə isə, liderlər görüş zamanı Rusiya-Ukrayna münasibətlərinin nizamlanması məsələsini müzakirə etməyiblər.
Son xəbərlər
Son Xəbərlər