Ərdoğanla Stoltenberqin görüşü başa çatdı - Yenilənib + Video

erdoganla-stoltenberqin-gorusu-basa-catdi
Oxunma sayı: 3893

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Prezidentin Dolmabahçe ofisində keçiriləcək qəbul yerli saatla 14.00-da baş tutacaq.

Qeyd edək ki, prezident seçkilərində 27 milyon 834 min 589 səslə qalib gələn Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində and içib. Ərdoğanın andiçmə mərasiminə 21 prezident və 13 Baş nazir, həmçinin bir çox nazir, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və NATO-nun Baş katibi Yens Stoltenberq qatılıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş mətbuata qapalı keçirilir.

Qeyd edək ki, görüş yerli saatla 14.00-da başlayıb.

***

Dövlət rəsmiləri arasında görüş təxminən 1 saat baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, görüşdə xarici işlər naziri Hakan Fidanla yanaşı, milli müdafiə naziri Yaşar Gülər, Prezidentin sözçüsü İbrahim Kalın və NATO rəsmiləri də iştirak edib.