Rusiyanın Xalq artisti, müğənni Valeriya 55 illik yubileyi ərəfəsində TASS agentliyinə müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, o, yubileyləri sevmədiyini deyib: “25-dən sonra, düzünü desəm, doğum günləri məni çox da sevindirmir”.
Valeriya yaradıcılıq planları ilə bağlı suala belə cavab verib: “Biz artıq üç ildir elə bir rejimdə yaşayırıq ki, plan qurmuruq. Biz yalnız ümid edə bilərik. Bu, pandemiyadan başladı və indiyədək davam edir. İndi bir şey planlaşdırmaq çox çətindir”.

Xalq artisti Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən musiqi sənayesinin də ziyan çəkdiyini bildirib: “Artistlər zərər çəkdi: striminq platformaları, monetizasiya yoxdur. Bu, sənaye üçün böyük itkidir. Bərpa olunmaq, hansısa öz resurslarımıza keçməliyik, amma yenə də bir ölkə ilə məhdudlaşmalı olacağıq. Digər ölkələrdə yaşayan insanlar mahnıları yükləyə bilməyəcəklər, nəticədə pul qazana bilməyəcəyik”.

Valeriya müharibə başladığı vaxtdan Rusiyanı tərk edən artistlər və mədəniyyət xadimləri haqda bunları deyib: “Yaxın dostlarımdan heç kim getmədi. Hər kəsin seçim haqqı var. Və, yəqin, hər bir insanın müstəqil qərar verməsi gözəldir. Sənə hər şey verən yer haqda, öz ölkən haqda pis danışmağa qarşıyam. Ölkənin onu tərk edən insanları linç etməsinə də qarşıyam. Mənə elə gəlir ki, biz bədxahlarımızın sevinməsinə səbəb verməməliyik...”

O, “yubileyinizə görə həyat yoldaşınızdan hansı hədiyyəni istəmisiniz” sualına belə cavab verib: “Heç nə sifariş verməmişəm, heç nə lazım deyil. Hər şeyim var. Yenə də pandemiyadan danışmaq istərdim. Görünür, bu dövr dəyərlərin yenidən qiymətləndirilməsi dövrü oldu. Heç vaxt materialist olmamışam. Ərə hədiyyələr, bər-bəzək, briliiant aldırmaq mənim işim deyil. Mən düzgün qadın deyiləm, bütün həyatımı düz yaşamamışam. Bizim bir ailəmiz, bir büdcəmiz var. Heç nə lazım deyil deməyimə baxmayaraq, o, əlbəttə, nəsə hədiyyə edəcək. Buna təsir edə bilmərəm”.
Qeyd edək ki, Valeriya prodüser İosif Priqojinlə ailəlidir. Сütlük altı övlad tərbiyə edir.


Son xəbərlər
Son Xəbərlər