“Ərin səni xoşbəxt edə bilməyəcək” deyənlərə belə cavab verdi

erin-seni-xosbext-ede-bilmeyecek-deyenlere-bele-cavab-verdi
Oxunma sayı: 7382

Bir neçə gün öncə ailə quran türkiyəli aktrisa İrem Helvacıoğlu həyat yoldaşı Ural Kasparla toylarındakı bəy-gəlin libasları, eləcə də sevgilisinin kədərli görünməsi və onunla məcburən evlənməsi ilə bağlı yazılan mənfi rəylərə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə öz instaqram hesabında yazıb.

“Həyatımızın ən xoşbəxt günlərində bu açıqlamanı vermək məcburiyyətində qalmağımız, hər ikimiz üçün həqiqətən çox kədərlidir. Toy günümüzdən bəri yazılan mənfi şərhləri kədərlənərək oxuyuruq. Biz bu təhqir, söyüş və ittihamları qəbul etmirik, buna layiq deyilik. Evləndik, ailə olduq, çox xoşbəxtik və ən xoşbəxt anlarımızı böyük həyəcanla sizinlə bölüşdük. Bu xoşbəxt günləri paylaşarkən hiss etdiyimiz səmimiyyətin müqabilində minlərlə təhqir və söyüş əsla olmamalı idi”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, 34 yaşlı İ. Helvacıoğlu “Sen anlat Karadeniz” serialındakı Nəfəs obrazı ilə məşhurlaşıb. Hazırda “Karadut” serialında Zuhal xarakterini canlandırır.

Sözügedən rəylərin bir qismini təqdim edirik: