Erməni kəşfiyyat-təxribat qrupları məhv edildi- - Nazirlikdən açıqlama

ermeni-kesfiyyat-texribat-qruplari-mehv-edildi-
Oxunma sayı: 4013


Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib. “Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

Qeyd edək ki, Ermənistan mətbuatı dünən Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində cəmi bir hərbçi, 1995-ci il təvəllüdlü Qarik İspiryanın ölümü ilə bağlı məlumat yayıb.