“Erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Biz belə bir qərar qəbul etdiyimiz barədə məlumat vermişik və səhv etmirəmsə müddət 2024-cü il avqustun 1-i olaraq qeyd olunub”, - deyə Paşinyan qeyd edib.
O, Rusiya sərhədçilərinin “Zvarnots” aeroportunda fəaliyyətinin dayandırılması məsələsini siyasi və geosiyasi deyil, işgüzar məsələ hesab etdiyini vurğulayıb.