Ermənilər mülki avtomobili partlatdılar- - Əlibəylidə dəhşət

ermeniler-mulki-avtomobili-partlatdilar-
Oxunma sayı: 6421


Bu gün Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atıblar. 

“Qafqazinfo” xəbər verir ki, AzNews.az-ın cəbhə xəttinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ermənilər Tovuz rayonunun Əlibəyli kəndində VAZ 21-07 markalı mülki avtomobili atəşə tutublar. Nəticədə avtomobil partlayaraq külə dönüb. Xoşbəxtlikdən avtomobildə olan 3 nəfər kənd sakini atəş başlayan kimi avtomobildən düşərək ərazidən uzaqlaşa biliblər. 

Bundan sonra Azərbaycan Silahlı Qüvvələri cavab atəşləri açıb və düşmən susdurulub. Bundan əlavə ermənilərin bir hərbi texnikası sıradan çıxarılıb.