“Ermənistan 108 azərbaycanlının cəsədinin qalıqlarını Azərbaycana təhvil verib”

ermenistan-108-azerbaycanlinin-cesedinin-qaliqlarini-azerbaycana-tehvil-verib
Oxunma sayı: 10978

“Ermənistan son bir il ərzində Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab edilən 108 nəfərin qalıqlarını Azərbaycan tərəfinə təhvil verib”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan yaxın günlərdə daha iki cəsədi Azərbaycan tərəfinə təhvil verməyə hazırlaşır.