Zəngəzur dəhlizi üzrə Ermənistan sərhədinə gedən dəmir və avtomobil yolunun tikintisinin yaxın zamanlarda başa çatdırılması gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Sənədə əsasən, eyni zamanda Naxçıvan Respublikasının ərazisindəki dəmir yollarının bərpası istiqamətində işlərə başlanılıb. Zəngəzur dəhlizi üzrə işlər tam başa çatdıqdan sonra onun yükdaşıma qabiliyyətinin 15 milyon tona çatacağı gözlənilir.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər