Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yenilənib

kenar-dairevi-yolda-otluq-erazide-yangin
Oxunma sayı: 464

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriıib.

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

***

Yanğın səbəbindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

***

FHN-dən bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.