“Bəli, sülh sazişi imzalamağa hazıram”

beli-sulh-sazisi-imzalamaga-haziram
Oxunma sayı: 550

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişi imzalamağa hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

“Bəli, mən hazıram. Sülh sazişi imzalamaq üçün Oval Kabinetə və ya Mar-a-Laqoya gəlməyə hazıram”, – deyə Vladimir Zelenski jurnalist Laura Lumerlə söhbətində bildirib.

O əlavə edib ki, hər şey görüş yerini də müəyyən etməli olan ABŞ Prezidenti Donald Trampdan asılıdır.