Ermənistanda atışma oldu - Yenilənib

ermenistanda-atisma-oldu
Oxunma sayı: 2070

Bu gecə Ermənistanın Qoris şəhərində atışma baş verib.

“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, gecə saatlarında Sünik (Zəngəzur – red.) bölgəsinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan bölgənin indiki rəhbəri Melikset Poqosyanın oğluna atəş açıb.

Məlumata görə, hadisə zamanı həlak olanlar var.

Qeyd edək ki, bu, Tiqran Xaçatryanın iştirakı ilə baş vermiş ilk insident deyil. Belə ki, T. Xaçatryan 2013-cü ildə atasının evinin yaxınlığında baş vermiş atışma və qətl ilə bağlı saxlanılmışdı. Lakin məhkəmə onun davranışını zəruri müdafiə olaraq qiymətləndirərək sərbəst buraxmışdı.

***

“Shamshyan.com”un məlumatına görə, Qoris şəhərinin tibb müəssisələrinin birindən şəhər polisinə odlu silahdan yaralanmış iki nəfər barədə məlumat daxil olub. Yaralılardan biri Sünik bölgəsinin qubernatoru Melikset Poqosyanın oğlunun dostudur. Digər şəxs isə Sünik bölgəsinin eks-rəhbəri Surik Xaçatryanın qaynıdır.

***

Hadisə yerində çox sayda avtomat silahının gilizləri və qan izləri aşkar olunub. İnsidentlə bağlı cinayət işi başladılıb.