Ermənistanda içkidən kütləvi zəhərlənmə - 10 ölü

ermenistanda-ickiden-kutlevi-zeherlenme
Oxunma sayı: 1778

Ermənistanda son iki gündə 10 nəfər spirtli içkidən zəhərlənərək ölüb. 

“Qafqazinfo” xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Armavir və İrəvan şəhərlərində alkoqoldan zəhərlənənlərin müalicə üçün ölkənin müxtəlif tibb mərkəzlərinə yerləşdirildiyini bildirib.

Daha iki nəfərin vəziyyəti kritik, bir nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Zəhərlənməyə fabrik istehsalı olmayan saxta spirtli içkinin səbəb olduğu ehtimal olunur.