Ermənistanda polis bölməsinə qumbara atdılar

ermenistanda-polis-bolmesine-qumbara-atdilar
Oxunma sayı: 2046

Bu gün axşam saatlarında naməlum şəxs Ermənistanın Geqarkunik rayonunda Vardenis polis idarəsinin yerləşdiyi binaya kustar üsulla hazırlanmış qumbara atıb.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alan olmasa da, polis binasına ziyan dəyib.

Hadisənin baş vermə şəraitinin araşdırılması və hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat qrupu yaradılıb.