Ermənistanda təlim zamanı partlayış - Yaralılar var

ermenistanda-telim-zamani-partlayis
Oxunma sayı: 1432

Ermənistanda təlim zamanı artilleriya minasının partlaması nəticəsində erməni hərbçilər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün saat 16:00 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin poliqonunda baş verib.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.