Ermənistandakı partlayışda 18 nəfər itkin düşüb - Yenilənib

ermenistandaki-partlayisda-18-nefer-itkin-dusub
Oxunma sayı: 4295

İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda 20 nəfərin taleyi barədə məlumat yoxdu.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan deyib.

O bildirib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

***

İrəvan meriyası ticarət mərkəzində partlayış nəticəsində 27 nəfərin itkin düşdüyünü bildirib.

***

FHN rəhbəri Armen Pambuxçyan bildirib ki, ticarət mərkəzinin ərazisində 18 nəfərin axtarışı aparılır.

Qeyd edək ki, bu gün İrəvanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 61 nəfər xəsarət alıb, 6 nəfər ölüb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır.