“Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri əsassızdır”

ermenistanin-azerbaycani-gunahlandirmaq-cehdleri-esassizdir
Oxunma sayı: 1851

“Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri əsassızdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla  bağlı iclasında bildirib.

“Ermənistan beynəlxalq öhdəliklərə nümayişkəranə şəkildə əməl etməməsi Azərbaycanın bu tədbirləri (antiterror) görməsini qaçılmaz etdi. Azərbaycan, Rusiya Federasiyası və Ermənistanın 10 noyabr 2020-ci il bəyanatının Azərbaycan tərəfindən pozulmasına dair Ermənistanın ölkəmizi günahlandırmaq cəhdləri əsassızdır. Tam əksinə Ermənistan özü qeyd olunan sənəddə Ermənistan qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndinin öhdəliklərinə açıq şəkildə əməl etməyib”, - deyə Bayramov bildirib.