“Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahısını mübadilə edir və nəzərdən keçirir”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə deyib.
“Hazırda proseslər gedir – Ermənistanla Azərbaycan alışında və yaxud satışında maraqlı olduqları məhsulların siyahısını mübadilə edirlər”, - o bildirib.
Ermənistanın Azərbaycandan neft məhsulları alması məsələsinə gəlincə isə, Paşinyan qeyd edib ki, ilk olaraq bazar araşdırılıb və bu imkanı siyasi aksiyaya çevirməyəcək biznesmenlərə təklif ünvanlanıb.
Xatırladaq ki, iki ölkə arasında sülh gündəliyinə uyğun olaraq 2025-ci il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Son xəbərlər
Son Xəbərlər