“Ermənistanla Azərbaycanın mövqelərini yaxınlaşdırmaq mümkün olub”

ermenistanla-azerbaycanin-movqelerini-yaxinlasdirmaq-mumkun-olub
Oxunma sayı: 1763

“Bir neçə əsas məsələ ilə bağlı Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq mümkün olub”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın XİN rəhbəri Sergey Lavrov həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair danışarkən açıqlayıb.

Onun sözlərinə görə, tərəflər artıq regionda kommunikasiyaların açılması ilə bağlı yekun razılaşmaya yaxındırlar.

“Sülh müqaviləsi üzərində iş sözsüz ki əsasdır. Lakin tərəfdaşlarımız bu gün təsdiq etdilər ki, delimitasiya, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsini həll etmədən sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləyişə nail olmaq çətindir”, - Lavrov qeyd edib.

Həmçinin oxuyun: Yelo Bank поддержал очередной SHE Congress в Баку