Əsmər Əliyeva Qarabağ əlilləri, veteranlarla görüşdü - Fotolar

esmer-eliyeva-qarabag-elilleri-veteranlarla-gorusdu
Oxunma sayı: 1181

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd  Əsmər Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində bu dəfə seçki qərərgahında Qarabağ əlilləri, veteranlarla görüşüb. “Qafqazinfo” xəbər verir ki, görüşdə Ə. Əliyeva bildirib ki, Qarabağ əlilləri hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır:

“Hər bir azərbaycanlı sizə hörmətlə yanaşmalıdır. Çünki siz canınız bahasına torpaqlarımızı yağı düşməndən müdafiə etmisiz. Ölkəmizin Prezidenti İlham Əliyev, birinci vitse-prezidentimiz Mehriban Əliyeva çox sağ olsun ki, sizlərin məişət, mənzil, sosial problemlərinizi kökündən  həll edib və dövlətin qayğısıyla hərtərəfli əhatə olunmusuz. Bildiyiniz kimi qarşıdan  ölkəmizdə  növbəti parlament seçkiləri keçiriləcək. Mən Əsmər Əliyeva 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Ona görə də, təbliğat və təşviqat kampaniyasına  başlayandan ilk görüşüm şəhid ailələri və sizlər oldunuz.  Sizlərlə görüşüb həmsöhbət olmaq mənim həyatımda  xoş bir hadisə kimi yaddaşlarda qalacaq.  Diqqətinizə çatdırıram ki, millət vəkili seçilərəmsə, Qarabağ əlillərinin və veteranlarının, şəhid ailələrinin, Çernobıl əlillərinin, ümumiyyətlə, bu kateqoriyadan olan insanların daim yanında olacam”. 

Qarabağ əlili Rahil Məlikov və Qəhrəmanov Mehman Rəhman oğlu da çıxışında Əsmər Əliyevaya yekdilliklə səs verəcəklərini bildirib və bütün şirvanlıları Əsmər Əliyevaya səs verməyə çağırıb.