Əsmər Əliyeva şəhid ailələri ilə görüşdü - Fotolar

esmer-eliyeva-sehid-aileleri-ile-gorusdu
Oxunma sayı: 3348

9 fevral 2020-ci il tarixində Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində 46 saylı Şirvan şəhər dairə seçki komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmış Əsmər Əlimusa qızı Əliyevanın şəhid ailələri ilə görüşü olub.  

“Qafqazinfo”nun məlumatına görə, Əsmər Əliyevanın Qərərgahında baş tutan görüşdə Qarabağ döyüşlərində canını fəda edən şəhidlərimizin valideyinləri, ailələri, bacı və qardaşları, övladları iştirak ediblər.

“Biz gənclər İlham Əliyevin siyasi kursuna sadiq olub öz töhfəmizi verməliyik. Mən deputatlığa namizəd olaraq sizləri əmin edirəm ki, 9 fevral 2020-ci il tarixdə millət vəkili seçilərəmsə ali qanunverci hakimiyyətdə, parlamentdə sizləri layiqincə təmsil edəcəyəm. Mən sizləri seçki günü aktiv olmağa, seçki məntəqələrinə gələrək özünüzə layiq bildiyiniz namizədə səs verməyə çağırıram. Bir daha sizlərə eləcədə bütün şəhid analarına, atalarına, bacı və qardaşlarına baş sağlığı verib hər birinizin əlindən öpürəm. Sizlər bizim qürur mənbəyimizsiniz”, - Əliyeva deyib.

Şəhid Əliyev Tofiqin atası Tərlan Əliyev, şəhid Faiq Cavadovun anası Cavadova Xuraman Məhərrəm qızı, şəhid İsrayılov Mübariz Baba oğlunun bacısı Amaliya İsrayılova, şəhid Tağıyev Malik Saday oğlunun həyat yoldaşı İradə Atayeva, şəhid  Səttarov Azadın anası Səttarova Rəhimə Xankişi qızı çıxış edərək Əsmər Əliyevaya uğurlar arzulayıblar və onunla görüşüb həmsöhbət olmalarından məmnun olduqlarını bildirdilər.

Daha sonra Əsmər Əliyeva Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Aprel döyüşlərində şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun yaşadığı evə gedib və onun valideyinlərini ziyarət edib.

“Oğlumuz şəhid olandan 4 ildə 1-ci dəfədir ki, deputatlığa namizəd qapımızı açır bizimlə maraqlanır, bizi yad edir. Biz sizə şəhnid valideyini olaraq təşəkkür edirik və şəhərimizin əhalisinə əsasəndə gənclərə səslənərək sizə Əsmər Əliyevaya səs verməyə çağırırıq. Biz şad olarıq ki, milli məclisdə Şirvanlıları sizin kimi gənc, savadlı, ali cənab, qayğıkeş xanım təmsil eləsin”, - şahid valideynləri deyib.

Şəhid valideyinləri ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.