Etirazlara baxmayaraq Baş nazir seçildi

etirazlara-baxmayaraq-bas-nazir-secildi
Oxunma sayı: 3471

Serbiya parlamenti etirazlara baxmayaraq professor Djuro Matsutanın ölkənin Baş naziri postuna namizədliyini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serb Tərəqqi Partiyasının (SPP) dəstəyi ilə qəbul edilib.

Müxalifətdən olan deputatlar bu təyinatı tənqid edərək prosedurda şəffaflığın olmadığını bildiriblər.

Qeyd edək ki, Vuçiç aprelin 7-də ölkənin baş naziri vəzifəsinə Djuro Matsutanın namizədliyini irəli sürüb.

Matsuta əvvəllər təhsil naziri vəzifəsində çalışıb.