“Euronews” da Heydər Əliyev Mərkəzinin həmrəylik mesajını yaydı - Video

euronews-da-heyder-eliyev-merkezinin-hemreylik-mesajini-yaydi
Oxunma sayı: 2325

"Euronews kanalı" Heydər Əliyev Mərkəzinin "Covid-19" yayılan ölkələrə etdiyi həmrəyliklə bağlı görüntülərini yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, videoda mərkəzin üzərində müxtəlif ölkələrin bayraqlarının videoproyeksiyası yer alıb.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqi sədaları altında Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.