Evində söküntü zamanı üzərinə beton düşdü, öldü

evinde-sokuntu-zamani-uzerine-beton-dusdu-oldu
Oxunma sayı: 1628

Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, aprelin 20-si saat 20 radələrində 1986-cı il təvəllüdlü Zahid Hacılar oğlu Nağıyev yaşadığı Çinartala kəndindəki evdə hamam otağını sökərkən üzərinə beton düşüb.

Xəstəxanaya yerləşdirilmiş Z.Nağıyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.