Evinə evlilik təklifi üçün girən pərəstişkarı saxlanıldı

evine-evlilik-teklifi-ucun-giren-perestiskari-saxlanildi
Oxunma sayı: 3520

İkinci övladını dünyaya gətirmək üçün gün sayan dünyaca məşhur pop ulduzu Rihanna pərəstişkarı ilə problem yaşayıb.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, ASAP Rokki ilə münasibətdə olan məşhur müğənni pərəstişkarı tərəfindən evlilik təklifi alıb. Belə ki, naməlum şəxs Rihannanın Los-Ancelesdəki evinə gizlicə girməyə cəhd edib. Rihannaya heyran olduğu bildirilən şəxs evlilik təklifi etmək istəyib.

Pərəstişkar mühafizəçilər tərəfindən dayandırılıb və polisə müraciət edilib. Yaxalanan şəxsin qısa müddətdə həbs olunduğu açıqlanıb.

Hadisə zamanı müğənninin evdə olub-olmadığı hələlik məlum deyil.