“Exo Moskvı” Direktorlar Şurası radiostansiya və saytı ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov teleqram kanalında bildirib.
Qərar Direktorlar Şurasının səs çoxluğu ilə qəbul edilib.
“Qazprom-Media” holdinqin Mətbuat xidmətindən “İnterfaks”a verilən məlumata görə, “Exo Moskvı” Direktorlar Şurası Baş Prokurorluğun bu kütləvi informasiya vasitəsinə girişin məhdudlaşdırılması barədə göstərişini nəzərdən keçirdikdən sonra radiokanalı və saytı ləğv etmək qərarına gəlib.
Daha əvvəl radiostansiyanın saytı RF ərazisində bloklanmışdı. Həmçinin radiostansiyanın Rusiya ərazisində yayımı dayandırılmışdı.
Martın 1-də Baş Prokurorluq “Roskomnadzor”dan (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) “Exo Moskvı” və “Dojd”ə girişi məhdudlaşdırmağı tələb etmişdi. Hər iki resurs Ukraynadakı müharibə zamanı “Rusiya hərbçilərinin hərəkətləri haqqında bilərəkdən yalan xəbərlər” yaymaqda ittiham olunurdu.
Son xəbərlər
Son Xəbərlər