“Facebook”a meydan oxuyan gənc xalq artistinin oğluymuş

facebooka-meydan-oxuyan-genc-xalq-artistinin-ogluymus
Oxunma sayı: 6322


Son vaxtlar yaratdığı “Hara gedək?” adlı proqramla gündəmdə olan kompüter üzrə azərbaycanlı mütəxəssis Cəfər Nəcəfovun xalq artisti Mələkxanım Əyyubovanın oğlu olduğu ortaya çıxıb. 

"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, bu haqda muğam ifaçısı sosial şəbəkədə yazıb. O, övladının fotosunu paylaşaraq “Oğlum Cəfərin uğuru” sözlərini yazıb.

Cəfər Nəcəfovun yaratdığı “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “WhatsApp”, habelə “İnstagram” kimi proqramlarını geridə qoyub. Yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, top reytinqdə birinci pillədə qərarlaşıb. Bu proqramdan istifadə edənlər olduqları məkanlara yaxın obyektlərin yeri haqda ətraflı məlumat ala bilirlər.

Qeyd edək ki, M.Əyyubova oğlunu bu yaxınlarda evləndirib. Cəfər Səadət adlı xanımla ailə qurub.