Faiq Əmirli Gülənin Azərbaycandakı imamıdır?

faiq-emirli-gulenin-azerbaycandaki-imamidir
Oxunma sayı: 6213

Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində saxlanma ittihamı təqsirləndirilən şəxsə dəyişdirilib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, yeni ittihamda F. Əmirli dini ayinlərin icrası zamanı vətəndaşları iğtişaşa sövq etmə və ya onların hüquqlarına qəsd etmədə təqsirli bilinir.

O da bildirilir ki, ittiham aktında F.Əmirli Fətullah Gülən Hərəkatının Azərbaycandakı imamı kimi təqdim olunur.

Xatırladaq ki, F.Əmirli maşınından Gülenə aid kitab və CD-lər çıxarıldığı üçün şübhəli şəxs qismində saxlanılıb.