Faktiki hava açıqlandı

faktiki-hava-aciqlandi
Oxunma sayı: 2743

Dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən, Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, öncədən məlumat verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.