Fazil Mustafa komitə sədri seçildi

fazil-mustafa-komite-sedri-secildi
Oxunma sayı: 4422

Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

“Qafqazinfo” xəbər verir ki, deputat Fazil Mustafa komitəyə sədr seçilib.

Bu barədə spiker Sahibə Qafarova məlumat verib. Plenar iclas zamanı layihə səsverməyə qoyularaq qəbul edilib.

Deputat Ülviyyə Həmzəyeva isə komitənin sədr müavini seçilib.

Qeyd edək ki, komitənin keçmiş sədri Qənirə Paşayeva olub. O, bu ilin sentyabr ayında dünyasını dəyişib.

Zaur Mirzə