“Fənərbaxça” xal itirdi - Video

fenerbaxca-xal-itirdi
Oxunma sayı: 2073

Türkiyə Super Liqasının 17-ci turunun açılış matçında “Fənərbaxça” səfərdə “Eyupspor”la qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Meydan sahiblərinin həyətində Ahmed Kutucu, qonaqlarda isə Yusuf En-Nesiri fərqləniblər.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Fənərbaxça” 2-ci pillədə qərarlaşıb. “Eyupspor” isə 27 xalla 4-cü yerdədir.