“Fənərbaxça” qalibiyyətinə görə veriləcək mükafat açıqlandı

fenerbaxca-qalibiyyetine-gore-verilecek-mukafat-aciqlandi
Oxunma sayı: 5627

“Qalatasaray”ın derbi qələbəsi üçün mükafatı bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb. 

Türkiyə kubokunun 1/4 final matçında “Qalatasaray” səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu qələbə üçün “sarı-qırmızılar”ın futbolçularına veriləcək bonusun məbləği 1 milyon dollardır. 

Qeyd edək ki, “Qalatasaray” turnirin yarımfinalında “Konyaspor”la qarşılaşacaq.