Fermada çobanın meyiti tapıldı

fermada-cobanin-meyiti-tapildi
Oxunma sayı: 726

Samuxda çoban işlədiyi fermada ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 26-sı saat 21 radələrində baş verib.

Fermada çalışan Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti Füzuli kəndindəki fermada aşkarlanıb.

Onun ölümü ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.