Fəxrəddin Manafov 68 yaşında... - Video

fexreddin-manafov-68-yasinda
Oxunma sayı: 6519

Bu gün Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, Xankəndidə anadan olan sənətçi bu gün 68 yaşını qeyd edir.

Fəxrəddin Manafov 45-dən çox filmdə fərqli rollarda çəkilib. Onların içində “Park” (1983) – “Marat” obrazı, “Təhminə” (1993) – “Zaur” obrazı, “Özgə ömür” (1987) – “Tahirbəyov” obrazı, “Ölsəm… bağışla” (1989) – “Yusif” obrazı, “Hökmdarın taleyi” (2008) – “İbrahim xan” obrazı və digərləri yer alır. 

O, 1987-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb. 2006-cı ildə Fəxrəddin Manafova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməyə başlayıb.

2008-ci ildə çəkilən “Hökmdarın taleyi” filmindəki “İbrahim xan” roluna görə Manafova “Zirvə” mükafatı verilib.