FHN-in hərbi qulluqçuları Türkiyədə kurslarda iştirak ediblər - Fotolar

fhn-in-herbi-qulluqculari-turkiyede-kurslarda-istirak-edibler
Oxunma sayı: 697

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu Türkiyə Jandarma Baş Komandanlığının Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi tərəfindən təşkil edilən kurslarda iştirak ediblər.

Bu barədə “Qafqazinfo”ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin 6 nəfər əməkdaşı Ankara şəhərində təşkil olunmuş kurslarda tədrisi uğurla başa vuraraq xidməti yerlərinə qayıdıblar. Əməkdaşlar tədris müddətində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, kurslarda Azərbaycan tarixi haqqında geniş təqdimatlar veriblər.

Kursun yekununda əməkdaşlara təlim-tədris prosesini uğurla bitirmələri barədə sertifikatlar təqdim olunub.