Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə “Qafqazinfo”ya FHN-dən bildirilib.
Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 gücündə qeydə alınan zəlzələdən sonra "AzərEnerji" ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.
Bunu “Qafqazinfo”ya qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, heç bir problem qeydə alınmayıb.