Sabah Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdən, həmçinin Qəzzadakı vəziyyətdən danışılacaq.