FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

fifa-prezidenti-qarabagi-tebrik-etdi
Oxunma sayı: 1604

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qarabağ”ı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri bəhrə verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm”, - məktubda bildirilib.