Finalda qalmaqal - “Fiorentina”nın kapitanının başı yarıldı

finalda-qalmaqal
Oxunma sayı: 2582

UEFA Konfrans Liqasının finalında baş tutan “Fiorentina” - “Vest Hem” görüşündə qalmaqallı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 33-cü dəqiqəsində İngiltərə klubunun azarkeşləri meydana yad əşyalar atıb.

Əşyalardan biri “Fiorentina”nın kapitanı Kristiano Biraqinin başına dəyib. Futbolçunun başı yarılıb və həkimlərin müdaxiləsindən sonra o, meydana qayıdıb.